“Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika partiyasının üzvü Artak Zakaryan "Facebook" səhifəsində yazıb.
Dünən Nikol Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayanın dili ilə İctimai Televiziyanın efirində ordu rəhbərliyini günahlandırdı", -deyə Zakaryan qeyd edib.
Onun sözlərinə görə, Paşinyan müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışır:
"Əgər Paşinyana inansaq, o, heç nədə günahkar deyil və heç vaxt da günahkar olmayıb. Guya Paşinyan müqəddəsdir. Ondan başqa hər kəs günahkardır. Budur populizmin meyvələri. Cənab generallar və zabitlər məhkəməyə hazır olun".
Azvision.az
Teqlər: Paşinyan Ermənistan