Peyvənd olunanların sayı açıqlandı

   Peyvənd olunanların sayı açıqlandı
  18 Aprel 2021    Oxunub:2390
Aprelin 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9860, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2467 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.



Azvision.az



Teqlər: Peyvənd   Koronavirus  





Xəbər lenti