Misirdə qatar qəzasında 100-dən çox insan yaralanıb - YENİLƏNİB

Misirdə qatar qəzasında 100-dən çox insan yaralanıb -  YENİLƏNİB
  18 Aprel 2021    Oxunub:5059
Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə region administrasiyası məlumat verib.

Bundan əvvəl qatar qəzasında 8 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilmişdi.

***
Misirdə sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.

Azvision.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb. Qəza yerinə təcili tibbi yardım və xilasedici briqadaları cəlb olunub.

Azvision.az



Teqlər: Misir   Qatar   Qəza  





Xəbər lenti