Diplomatik qalmaqal: Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

 Diplomatik qalmaqal: Çexiya səfiri Rusiya XİN-ə çağırıldı
  19 Aprel 2021    Oxunub:3095
Çexiyanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Bildirilir ki, səfirin XİN-ə çağırılmasına səbəb rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatı olub.

Daha öncə Rusiya XİN Çexiyanın bu addımına etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini elan etmişdi.

Qeyd edək ki, Çexiya hökuməti Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Azvision.az


Teqlər: Çexiya   Rusiya   XİN  





Xəbər lenti