Çexiyalı diplomatlar Rusiyadan çıxarılır - Moskvadan cavab

 Çexiyalı diplomatlar Rusiyadan çıxarılır -    Moskvadan cavab
  19 Aprel 2021    Oxunub:2089
Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edilib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, çexiyalı diplomatlar 19 aprel tarixinə kimi Rusiyanı tərk etməlidirlər.
Qeyd edək ki, bu gün Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya XİN-ə çağırılıb.

Bundan öncə Çexiya hökuməti Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Azvision.az


Teqlər: Rusiya   Çexiya  





Xəbər lenti