“Qəbirləri, abidələri dağıtmaq vəhşilikdir” - İranlı diplomat

   “Qəbirləri, abidələri dağıtmaq vəhşilikdir” -    İranlı diplomat
  19 Aprel 2021    Oxunub:3092
İşğal dövründə Azərbaycanın ərazilərində cinayətlər törədilib.
Bunu Azvision.az -a müsahibəsində İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əli Purmərcan deyib.

"Bu sadəcə müharibə deyil, çünki adi müharibələrdə qəbirlərə əl vurmazlar, abidələri dağıtmazlar. Hesab edirəm ki, bu, vəhşilikdir. Abidəni, məscidi niyə dağıdırsan? Bəzi abidələr bəşəriyyət üçündür, bir ölkənin, bir şəhərin, bir dinin tarixidir, mədəniyyətidir. Onu dağıtmaqla tək Azərbaycana deyil, müsəlmanlara, bəşəriyyətə zərbə vurursan. Təəssüflər olsun ki, bunu ediblər. Mən kadrlarda gördüm, məscidlərdə qeyri-dini işlər görülüb. Bunları pisləyirik. Əlbəttə, bunlar beynəlxalq huquqa ziddir", - deyə iranlı diplomat erməni vandalizmini pisləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Diplomat   Qarabağ  





Xəbər lenti