“Bu, Polşa və Çexiyanın deyil, ABŞ-ın marağıdır” - Zaxarova

  19 Aprel 2021    Oxunub : 1572
 “Bu, Polşa və Çexiyanın deyil, ABŞ-ın marağıdır” -  Zaxarova
Rusiyalı diplomatların ölkədən çıxarılması Polşa və ya Çexiyanın deyil, ABŞ-ın maraqlarına cavab verir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Çexiyanın bunun əvəzi üçün ödədiyi çox böyükdür. Bu, Rusiya ilə ikitərəfli münasibətlərə zərbədir, bu onun özünün diplomatik xidmətinə zərbədir. Bu gün 20 çex diplomatı və onların ailə üzvləri Rusiyanı tərk etməlidirlər. Bu, bizim seçimimiz deyil, cavab tədbiridir”.

Zaxarova əlavə edib ki, bunun çıxış yolu olmadığını çox yaxşı başa düşürlər və baş verənlərin arxasında məhz bu ölkələrin - Polşa və Çexiyanın milli mənafelərinə xidmət etməyən siyasi qüvvələr dayanır.

"Onlar Vaşinqtondan aldıqları siyasi sifarişləri icra edirlər, yəqin ki, yaxşı ödənişlə. Amma bu, Polşa və Çex Respublikasının deyil, ABŞ-ın marağıdır".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MariyaZaxarova   ABŞ   Rusiya   Çexiya   Polşa