“Rusiya münaqişənin dayandırılmasında böyük rol oynadı” - Putin

  21 Aprel 2021    Oxunub : 2105
“Rusiya münaqişənin dayandırılmasında böyük rol oynadı” -  Putin
Rusiya Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasında böyük rol oynadı.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib. O bildirib ki, Rusiya geniş dövlətlərarası əməkdaşlıq üçün açıqdır.
"Moskva BMT çərçivəsində beynəlxalq məsələlərdə əsas rolun saxlanılması və gücləndirilməsinin tərəfdarıdır. Eyni zamanda, regional münaqişələrin həllinə kömək etməyə çalışır. Artıq Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etdik.Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadı" , - deyə Putin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VladimirPutin   Rusiya