Paşinyana etiraz edənlər özlərini hökumət binasının qapısına qandallayıblar - VİDEO

Paşinyana etiraz edənlər özlərini hökumət binasının qapısına qandallayıblar -  VİDEO
  22 Aprel 2021    Oxunub:4032
Bu gün səhər Ermənistanda “Azataqrum” (Azadlıq - Red) hərəkatının üzvləri baş nazir Nikol Paşinyan və Nazirlər Kabineti üzvlərinin binaya daxil olmaması üçün özlərini hökumət binasının qapılarına qandallayıblar.
Azvision.az xəbər verir ki, bu barədə hadisə yerindən “TASS”ın müxbiri məlumat verib. Qeyd olunub ki, hazırda polis aktivistləri saxlamağa başlayıb. Etirazçılardan biri “Paşinyan və tərəfdarları binaya girməməlidir” deyə, bildirib.

Hazırda polis bir neçə fəalın qolundakı qandalları açmağa çalışır. Əraziyə xüsusi polis dəstəsi cəlb edilib.



İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti