Mehri şəhərinin merinə cinayət işi açıldı

  Mehri şəhərinin merinə cinayət işi açıldı
  22 Aprel 2021    Oxunub:2426
Ermənistanın Mehri şəhərinin meri Mxitar Zakaryan barəsində cinayət işi başlanıb.
Azvision.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci və 3-cü hissəsi (xuliqanlıq, bir qrup şəxs tərəfindən təşkil edilmiş ictimai qaydanın qəsdən pozulması), habelə 316-cı (dövlət məmuruna qarşı zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri zamanı yerli sakinlər baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum ediblər. Mehri şəhərinin meri Mxitar Zakaryan isə etirazçılara dəstək verib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti