“Zəngəzur Azərbaycanın tarixi torpağıdır” - Türkiyənin sabiq səfiri

 “Zəngəzur Azərbaycanın tarixi torpağıdır” -  Türkiyənin sabiq səfiri
  22 Aprel 2021    Oxunub:5616
1920-ci ildə Ermənistana verilən Zəngəzur Azərbaycanın tarixi torpağıdır.

Bu barədə Azvision.az -a Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc Zəngəzur dəhlizinin açılması planı barədə danışarkən deyib.
Keçmiş diplomat bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəni, ümumilikdə isə türk dünyasını birləşdirəcək.

"Biz buna böyük önəm veririk. Necə ki, ermənilər Laçın dəhlizindən istifadə edirlər, Zəngəzur dəhlizi də açılmalıdır. Kommunikasiyaların, nəqliyyat xətlərinin açılması əhəmiyyətlidir. 11 yanvar Moskva razılaşması da bunu nəzərdə tutur. Ona görə vaxt itirmək olmaz. Ermənistan tərəfindən edilən intiqam, revanşist açıqlamalar onlara heç nə qazandırmayacaq. İşi çətinləşdirmək istəyirlər. Prosesə əngəl olmasınlar. Buyurub gəlsinlər bizimlə əməkdaşlıq etsinlər, ermənilər bundan qazanacaqlar", - deyə Hulusi Kılıc vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiKılıc  





Xəbər lenti