Paşinyana etiraz edən xanım məmur yoxa çıxdı

Paşinyana etiraz edən xanım məmur yoxa çıxdı
  22 Aprel 2021    Oxunub:2529
Ermənistanın Gorus merinin müavini Menua Ovsepyan yoxa çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə şəhər merinin digər müavini İrina Yolyan məlumat yayıb. Onun sözlərinə görə, polis əməkdaşları gecə saatlarında Ovsepyanı naməlum istiqamətə aparıblar.

“Onun hansı istiqamətə aparıldığı, bölgədə və ya İrəvanda olduğu barədə məlumatsızıq. Vəkilləri də xəbər əldə edə bilmirlər. Ailə üzvləri Ovsepyanın harada olmasından xəbərsizdir", - Yolyan deyib.

Qeyd edək ki, ötən gün bölgədə baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarında digər sakinlərlə birlikdə Menua Ovsepyan da iştirak edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gorus  





Xəbər lenti