İrəvanda qarşıdurma: 14 etirazçı saxlanıldı - VİDEO (YENİLƏNİB)

 İrəvanda qarşıdurma: 14 etirazçı saxlanıldı -  VİDEO (YENİLƏNİB)
  23 Aprel 2021    Oxunub:6143
Ermənistanda Baş Prokurorluğun binası qarşısında keçirilən etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmisi Edqar Djanoyan bildirib.
Qeyd edək ki, nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.

***
(21:30)

Bu gün Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik (Zəngəzur-red) merinin həbsdən azad olunmasını tələb edən etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

Məlumata görə, aksiya iştirakçıları polislərə yumurta və butılkalar atıblar. İnsident zamanı bir polis əməkdaşı xəsarət alıb. Nümayişçilər arasında saxlanılanların olduğu bildirilir.



Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri yerli sakinlər tərəfindən etirazla qarşılanıb. Bir qrup sakin baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum edib. Bundan sonra Paşinyanın tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsinə başlanılıb.

Azvision.az


Teqlər: İrəvan   Aksiya  





Xəbər lenti