Zelenski Rusiyanın qərarını dəstəklədi

 Zelenski Rusiyanın qərarını dəstəklədi
  23 Aprel 2021    Oxunub:2653
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın sərhəddən hərbi birləşmələrini geri çəkməsinə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Zelenski "Twitter" hesabında bildirib ki, sərhəddəki hərbi birləşmələrin azalması mütənasib olaraq gərginliyi də azaldır.

“Ukrayna hər zaman ayıq-sayıqdır, lakin eyni zamanda hərbi mövcudluğu azaldan və Donbasdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Beynəlxalq tərəfdaşlara verdikləri dəstək üçün minnətdaram", - deyə Ukrayna lideri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub və Qərb Hərbi Dairələrinin yoxlama tədbirlərinin bitirməsi barədə qərar qəbul edib. Rusiyalı nazir hərbi dairələrin və Hava-Desant Qüvvələrinin komandanlarına aprelin 23-dən etibarən qoşunların daimi dislokasiya yerinə qaytarılması əmrini verib.

Azvision.az


Teqlər: Zelenski   Rusiya  





Xəbər lenti