“Akıncı” PUA-larının ilk atış sınaqları keçirildi - VİDEO

 “Akıncı” PUA-larının ilk atış sınaqları keçirildi -  VİDEO
  23 Aprel 2021    Oxunub:3545
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Akıncı” PUA-larının ilk atış sınağı uğurla həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Səlcuk Bayraktar “Twitter” səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, daha əvvəl testləri müvəffəqiyyətlə tamamlayan Türkiyənin ilk pilotsuz hava hücum vasitəsi “Bayraktar Akıncı” atış testi üçün ölkənin milli raket sistemləri istehsalçısı “ROKETSAN” tərəfindən hazırlanan “MAM-C”, “MAM-L” və “MAM-T” yeni nəsil sursatları ilə işə salınıb. İlk test uçuşu “Akıncı PT-3” ilə aprelin 17-də baş tutub. Aprelin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib.



Azvision.az


Teqlər: PUA   Bayraktar  





Xəbər lenti