Bakıda iki maşın toqquşub, ölənlər var

Bakıda iki maşın toqquşub,    ölənlər var
  23 Aprel 2021    Oxunub:1552
Bakı şəhərinin Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Qəza   FHN   Maşın  





Xəbər lenti