“Ermənistan və Azərbaycan nəqliyyat dəhlizləri üzərində işləyir” - Çavuşoğlu

  23 Aprel 2021    Oxunub : 2119
 “Ermənistan və Azərbaycan nəqliyyat dəhlizləri üzərində işləyir” -    Çavuşoğlu
“Ermənistan və Azərbaycan bölgədə nəqliyyat və enerji dəhlizlərinin açılması üzərində işləyirlər”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rumıniya Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında deyib.

XİN başçısının sözlərinə görə, rəsmi Ankara İrəvan və Bakının bu addımlarını dəstəkləyir.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda sabitlik, sülh və firavanlıq üçün şans yaranıb: “Azərbaycan və Ermənistan nəqliyyat və enerji layihələri üzərində işləyirlər və Türkiyə bunu dəstəkləyir”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Türkiyə   XİN   Azərbaycan