Qarabağda məhv edilən erməni polkovnikin meyiti tapıldı - FOTO

   Qarabağda məhv edilən erməni polkovnikin meyiti tapıldı -    FOTO
  23 Aprel 2021    Oxunub:3216
Müharibənin bitməsinə baxmayaraq, hələ də döyüş əməliyyatları zamanı şanlı Ordumuz tərəfindən məhv edilmiş erməni hərbçilərinin meyitlərinin axtarışı davam edir.
Azvision.az xəbər verir ki, döyüşlərdə ölənlərin və itkin düşənlərin sayı gizlədilsə də, Azərbaycan tərəfinin humanistlik göstərərək işğaldan azad edilmiş ərazilərdə axtarışlar üçün yaratdığı şərait nəticəsində məhv edilmiş hərbçilərin meyitləri aşkar edildikdə Ermənistan müdafiə nazirliyi bu barədə məlumat vermək məcburiyyətində qalır.



Məlumatda deyilir ki, bu günlərdə adı gizlədilən daha bir yüksək rütbəli Ermənistan ordusunun zabitinin meyiti aşkarlanıb. Həmin zabitin kimliyi təyin edildikdən sonra dəfn olunub. Məlum olub ki, dəfn olunan yüksək rütbəli zabit Ermənistan silahlı qüvvələrinin snayperlər məktəbinin rəisi olmuş polkovnik-leytenant Artur Akopyandır.

Erməni zabiti öz dəstəsi ilə, 10 oktyabr 2020-ci il tarixdə Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmişdi və 5 aydan çox idi ki, itkin düşənlərin siyahısında idi.



Döyüşdə ölən erməni hərbçilərin axtarışları davam edir və görünən odur ki, Ermənistan müdafiə nazirliyi itkilərin sayını hələ də gizlətməkdə davam edir. Diqqət çəkən məqam ondan ibarətdir ki, döyüşlər zamanı məhv edilən Qarabağdan olan ermənilərin adları heç bir rəsmi siyahıya daxil edilməyib.

Azvision.az


Teqlər: Ermənistan   Polkovnik  





Xəbər lenti