“Üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədir” - Aleksey Overçuk

“Üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədir” -    Aleksey Overçuk
  24 Aprel 2021    Oxunub:2514
Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər.
Azvision.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz daim əlaqədəyik”, - deyə Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat və iqtisadi əlaqələrin nizama salınması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Azvision.az


Teqlər: AlekseyOverçuk  





Xəbər lenti