Ərdoğan Baydenlə danışdı: Liderlər razılığa gəldilər

Ərdoğan Baydenlə danışdı:  Liderlər razılığa gəldilər
  24 Aprel 2021    Oxunub:3865
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkə liderləri NATO-nun iyun ayında Brüsseldə keçiriləcək sammiti çərçivəsində təkbətək görüşəcəklər:
“ABŞ prezidenti əməkdaşlıq və fikir ayrılıqlarının effektiv həlli üçün konstruktiv münasibətlərdə maraqlı olduğunu bildirib”.

Məlumata görə, Ərdoğan və Bayden NATO sammiti çərçivəsində görüş keçirərək ikitərəfli və regional məsələləri müzakirə etmək barədə razılığa gəliblər.

Azvision.az


Teqlər: Ərdoğan   Bayden  





Xəbər lenti