“ABŞ 100 il əvvəl baş verən hadisələri siyasiləşdirir” - Erməni Fondları İttifaqının rəhbəri

  “ABŞ 100 il əvvəl baş verən hadisələri siyasiləşdirir” -    Erməni Fondları İttifaqının rəhbəri
  24 Aprel 2021    Oxunub:2350
Türkiyə Erməni Fondları İttifaqının sədri Bedros Şirinoğlu Avropa İttifaqını, ABŞ-ı və bir sıra ölkələri 1915-ci il hadisələrini siyasiləşdirməkdə ittiham edib.

Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
"ABŞ, Avropa İttifaqı və 1915-ci il hadisələrinə siyasi motivlərdən çıxış edərək baxan digər ölkələr xoşniyyətli yanaşmadan uzaqdırlar", - deyə Şirinoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin erməni icması 100 il əvvəl baş vermiş, iki xalq arasında təəssüf doğuran insidentlərdən siyasi hakimiyyətlər tərəfindən istifadə edilməsini qəbul etmir.

"Bu hadisənin tərəfi olmayanların müdaxiləsi yaramızı yalnız qıcıqlandıracaq və onu qanamağa sövq edəcək. Bu məsələ türk və erməni xalqlarına aiddir".

Xatırladaq ki, Türkiyə ermənilərinin patriarxı Saak Maşalyan da xarici ölkələrə müraciət edərək 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırıb və bu kimi cəhdləri pisləyib.

Azvision.az


Teqlər: BedrosŞirinoğlu  





Xəbər lenti