“AstraZeneca”nın faydaları əks təsirindən çoxdur” - Səhiyyə komissarı

 “AstraZeneca”nın faydaları əks təsirindən çoxdur” -    Səhiyyə komissarı
  24 Aprel 2021    Oxunub:2416
Koronavirus əleyhinə “AstraZeneca” peyvəndinin faydaları çox nadir hallarda müşahidə edilən əks təsirin yarada biləcəyi risklərdən çoxdur. “AstraZeneca” effektiv preparatdır.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa səhiyyə komissarı Stella Kiriakides bildirib.
Onun sözlərinə görə, “AstraZeneca” peyvəndinin COVID-19 infeksiyasının qarşısının alınmasında ümumi faydaları çox nadir və qeyri-adi əks təsir risklərini üstələyir.

““AstraZeneca” peyvəndi vaksinasiya portfelinin vacib hissəsidir. Bu, Avropa Birliyində və bütün dünyada ağır yoluxmalardan və ölüm hallarından qoruyan effektiv preparatdır”, - deyə Stella Kiriakides açıqlamasında qeyd edib.

Azvision.az


Teqlər: StellaKiriakides  





Xəbər lenti