“Regional dialoqa hazırıq” - Paşinyandan təzadlı çıxış

 “Regional dialoqa hazırıq” -  Paşinyandan təzadlı çıxış
  24 Aprel 2021    Oxunub:3243
Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "erməni soyqırımı" ilə bağlı xalqa müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətində cəfəng dolu ifadələr işlədən Paşinyan guya Osmanlı dövründə "milyon yarım erməninin öldürülməsi ilə baş vermiş faciənin" arxasında duran məqsədlərdən biri kimi türklərdən ibarət monoetnik bir ölkənin yaradılması durduğunu iddia edib. Halbuki Ermənistan özü uzun illərdir ki, monoetnik dövlətə çevrilib.

Paşinyanın qondarma soyqırımı haqqında anormal çağırışları sonda dialoqa hazır olması ilə yekunlaşıb.

"Lakin bu heç bir şəkildə regional dialoqun rədd edilməsi kimi yozula bilməz. Biz buna hazırıq. Ancaq dialoq güc mövqeyindən aparıla bilməz. Bu, yalnız bərabərlik prinsipi ilə baş verə bilər. "Erməni soyqırımı"nın varlığına heç vaxt şübhə etməyəcəyik",- deyə baş nazir bildirib.

Paşinyan ən böyük tarixi yalan olan “erməni soyqırımı”nın niyə əvvəllər deyil, məhz 1915-ci il hadisələrindən xeyli sonra dünyada təbliğinin aparılmasına da düz-əməlli izahat verə bilməyib:

“Erməni diasporası, II Dünya Müharibəsindən sonrakı onilliklərdə “soyqırımı”nın tanınmasını elan edə bildi. Lakin dünyanın iki qütblü olduğu bir dövrdə pantürkizm tarixi bir keçmiş olaraq qəbul edildi. “Erməni soyqırımı”, onu doğuran ideologiya cəzasız qaldı”.

Təzadlı görünsə də, bu gün faşist ideyalarını yaşadan, Njde kimi faşistə heykəllər ucaldan, Azərbaycan və Türkiyənin bayraqlarını yandıran erməni cəmiyyəti, onun lideri türklərin keçmiş ideologiyalarını tənqid edir, eyni zamanda bərabərhüquqlu dialoqa hazır olduğunu açıqlayır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Dialoq  





Xəbər lenti