ABŞ-da təyyarə qəzası: İki nəfər ölüb

ABŞ-da təyyarə qəzası:  İki nəfər ölüb
  24 Aprel 2021    Oxunub:2261
ABŞ-ın Arizona ştatında təyyarə qəzası baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə yerli polis sosial şəbəkədə məlumat yaıb.

Təyyarə Navaho dairəsində Uinslou şəhəri yaxınlığında qəzaya uğrayıb.

"Axtarış-xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerinə çatanda təyyarə alov içində idi. Yanğınsöndürənlər tərəfindən alov söndürülüb. İki nəfərin öldüyü məlumdur" – “Facebook”da yayımlanan məlumatda deyiıir.

Hadisə müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təyyarəqəzası  





Xəbər lenti