“ABŞ və Qərb saxta soyqırımdan siyasi məqsədlə istifadə edir” - Professor

 “ABŞ və Qərb saxta soyqırımdan siyasi məqsədlə istifadə edir” -  Professor
  24 Aprel 2021    Oxunub:3107
Ermənilər tarix boyu Qərb dövlətlərinin yönləndirməsi ilə qondarma soyqırımı iddialarını gündəmə gətiriblər. Elmi araşdırmaları kənara qoyub, yalnız siyasi iddialarla təbliğat aparan ermənilərin bəziləri 1915-ci ildə 1,5 milyona, bəziləri isə 2 milyona yaxın soydaşının "soyqırıma" məruz qaldığını deyirlər. Bütün bunlar yalandır.
Azvision.az xəbər verir ki, bunu türkiyəli professor Yusif Halaçoğlu deyib. Onun sözlərinə görə, bəzi ölkələr saxta soyqırımı məsələsindən siyasi məqsədlər üçün istifadə edir.

"ABŞ və Qərb ölkələri bundan Türkiyəyə qarşı istifadə edirlər. Məlum hadisələrdə ermənilərə qarşı soyqırım törədildiyini sübut edən fakt yoxdur. Dünyada bu məsələ elmi araşdırmalarla təqdim edilmir, yalnız siyasi alət kimi istifadə olunur".

Y.Halaçoğlu bildirib ki, Türk Tarixi Cəmiyyəti araşdırmalar apararaq tarixi həqiqətləri sənədlərlə təqdim edib.

"ABŞ başda olmaqla, İngiltərə, Fransa, Almaniya, Rusiya, İran arxivlərində araşdırma apardıq. Əldə etdiyimiz nəticələr ermənilərin iddia olunduğu kimi qətlə yetirildiyini sübut etmir və ya bunun dövlət əli ilə edildiyini əks etdirmir. Əksinə Osmanlı imperiyasının səlahiyyətli şəxsləri yolda ermənilərə hücum edən, mallarını ələ keçirən şəxsləri cəzalandırıb. 1915-ci ildə buna görə 1673 nəfər məhkəmə qarşısına çıxarılıb".

Professor onu da əlavə edib ki, 1914-1922-ci illərdə 518 min müsəlman türkü erməni dəstələri tərəfindən öldürülüb və bunların hər biri sənədlərlə sübuta yetirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Erməni   Soyqırım  





Xəbər lenti