Paşinyan Putinə zəng etdi - Qarabağ müzakirəsi

 Paşinyan Putinə zəng etdi -  Qarabağ müzakirəsi
  24 Aprel 2021    Oxunub:4114
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Azvision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət əsnasında Paşinyan və Putin Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

"Rusiyalı sülhməramlıların səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı ifadə edilib. Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır", - məlumatda deyilir.

Bundan əlavə, Paşinyan Putinə iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistandakı daxili siyasi vəziyyət barədə məlumat verib.

Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti