Bakının mərkəzində ağır qəza olub - FOTO

Bakının mərkəzində ağır qəza olub -    FOTO
  24 Aprel 2021    Oxunub:2834
Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan yerdə tuneldən çıxışda) ağır yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə motosiklet toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, qəza səbəbindən hazırda H.Əliyev prospekti əsas yolda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.



Azvision.az


Teqlər: Bakı   Yol   Qəza  





Xəbər lenti