Paşinyanın arvadı “soyqırımı” kompleksini gülərək gəzdi - VİDEO

Paşinyanın arvadı “soyqırımı” kompleksini gülərək gəzdi -  VİDEO
  24 Aprel 2021    Oxunub:3242
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenidən erməni mediasının hədəfinə tuş gəlib.
Azvision.az xəbər verir ki, Akopyan qondarma "erməni soyqırımı" abidəsini ziyarət zamanı jurnalistin suallarına cavab verməkdən yayınıb. O, media nümayəndəsinə hörmətsizlik etməklə yanaşı, “matəm günü” Çiçernakaberd kompleksini gülərək ziyarət etməsi ilə diqqət çəkib.

“Jurnalist ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərin dəyişdirilməsi bəyanatına münasibət öyrənmək istəsə də, Akopyan cavab vermədi. Hər kəs “soyqırımı” qurbanlarını hörmətlə yad edir, kədərlənir, ölkənin birinci xanımı isə gülümsəyərək kompleksə istirahət parkında gəzirmiş kimi gəlir. Onu müşayiət edən 30-a yaxın mühafizəçi ilə bərabər Akopyanın yanından ayrılmayan Dövlət Mühafizə Xidmətinin rəhbəri Sarkis Ohanesyan da diqqətimizdən yayınmadı”, - deyə erməni KİV-ləri yazıb.



Tural Tağıyev
Azvision.az



Teqlər: Akopyan   Soyqırımı   Ermənistan  





Xəbər lenti