“Azərbaycan bayrağını yandırmaq bizə ziyan gətirəcək” - Erməni aktyor

 “Azərbaycan bayrağını yandırmaq bizə ziyan gətirəcək” -   Erməni aktyor
  24 Aprel 2021    Oxunub:4684
Tanınmış erməni aktyor Sos Canibekyan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını tənqid edib.
Azvision.az xəbər verir ki, o, bunun mənasız hərəkət olduğunu bildirib:

"Türkiyə və Azərbaycan bayraqlarını yandırmağın mənası yoxdur. Təəssüf ki, bu addım bizə ziyan gətirəcək. Əziz həmvətənlər, əziz Daşnaksütyun üzvləri, məgər bilmirsiniz ki, hazırda erməni "əsirlərin" (terrorçular -red) olduğu ölkənin bayrağını yandırırsınız? Mən də bayraq yandırardım, amma mənə elə gəlir ki, bu faydasız bir addımdır”.

Qeyd edək ki, ötən gün bir qrup şəxs İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayraq   Erməni-aktyor  





Xəbər lenti