“ABŞ prezidenti tarixi həqiqətləri təhrif edi” - Türkiyə XİN

 “ABŞ prezidenti tarixi həqiqətləri təhrif edi” -   Türkiyə XİN
  25 Aprel 2021    Oxunub:4345
“ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 24 aprel 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və şiddətlə qınayaraq rədd edirik”.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirib.

Türkiyə XİN Co Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə etiraz edib.

Qeyd olunub ki, sözügedən açıqlamanın heç bir elmi və hüquqi əsası yoxdur, 1915-ci il hadisələrinə dair “soyqırım” ifadəsinin istifadə edilməsi tarixin təhrif olunmasına xidmət edir.

“Tarixi həqiqətləri təhrif edən ABŞ Prezidentinin açıqlaması türk xalqı tərəfindən heç vaxt qəbul olunmayacaq və qarşılıqlı inamımızı, dostluğumuzu sarsıdan dərin yara açacaq".

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırım" sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti