“Tarixin saxtalaşdırılması qəbuledilməzdir” - Ceyhun Bayramovdan Türkiyəyə dəstək

 “Tarixin saxtalaşdırılması qəbuledilməzdir” -  Ceyhun Bayramovdan Türkiyəyə dəstək
  25 Aprel 2021    Oxunub:4105
Aprelin 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu deyib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yanlış təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti