Dövlət Baxçalı da Baydenə etirazını bildirdi

   Dövlət Baxçalı da Baydenə etirazını bildirdi
  25 Aprel 2021    Oxunub:4461
“Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacaq. Bunun heç kimə və heç bir ölkəyə xeyri olmayacaq”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

MHP lideri ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında “erməni soyqırımı” ifadəsini işlətməsinə etirazını bildirib:

“1915-ci il hadisələri kürəyindən xəncər saplanan imperatorluğun təbii refleksi, doğru qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi seçim idi. Burada soyqırımı izi axtaranlar türk millətinə düşmənçilik edən dairələrdir”, - deyə MHP sədri qeyd edib.

Azvision.az


Teqlər: DövlətBaxçalı  





Xəbər lenti