ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

   ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır
  25 Aprel 2021    Oxunub:2566
ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən “təhlükəsizlik tədbirləri” qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacaq.
Azvision.az xəbər verir ki, bu barədə diplomat nümayəndəlik məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-si və 27-də işləməyəcək.

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlədib. Baydenin açıqlaması Türkiyədə kəskin etirazla qarşılanıb.

Azvision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti