Bağdaddakı yanğında ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB

 Bağdaddakı yanğında ölənlərin sayı 90-a çatıb -  YENİLƏNİB
  26 Aprel 2021    Oxunub:3666
Bağdad şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında ölənlərin sayı 90 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə A"l-Arabia" telekanalı məlumat yayıb.

Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi "Əl-Xətib" xəstəxanasında ölənlərin sayının 82, xəsarət alanların isə 110 nəfər olduğunu açıqlamışdı.

Yanğına oksigen balonunun partlaması səbəb olub. Ölümlərin əksəriyyəti dəm qazından boğulmadan baş verib.

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkənin səhiyyə naziri ilə Bağdadın merini işdən çıxararaq onlar haqda araşdırma başladılmasını istəyib. Bağdaddakı xəstəxanda həlak olanların ailələrinin hərəsinə 10 milyon İraq dinarı (təxminən 7 min ABŞ dolları) veriləcək.

***
İraqın paytaxtı Bağdadda koronavirus xəstələri üçün ayrılan xəstəxanada yanğın baş verib.

Azvision.az xəbər verir ki, bu barədə İraqın INA informasiya agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 82 nəfər həlak olub, azı 110 nəfər xəsarət alıb. İlkin ehtimala əsasən, yanğına oksigen balanunun partlaması səbəb olub, ölüm hallarının çoxu dəm qazından zəhərlənmə nəticəsində baş verib.

İraq Baş naziri Mustafa əl-Kazemi xəstəxana rəhbərlərinin saxlanılması barədə tapşırıq verib.

Azvision.az


Teqlər: Bağdad   İraq   Yanğın  





Xəbər lenti