Türkiyə sərhədində əməliyyat: 41 nəfər saxlanıldı

Türkiyə sərhədində əməliyyat:  41 nəfər saxlanıldı
  25 Aprel 2021    Oxunub:2246
Türkiyə sərhədini qanunsuz keçmək istəyən 41 nəfər saxlanılıb. Onlardan biri İnterpol xətti ilə axtarışında olan şəxsdir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 41 nəfər Türkiyədən Suriya və Yunanıstana dövlət sərhədini qanunsuz keçməyə çalışarkən tutulub. Saxlanılanlardan biri radikal təşkilatın üzvüdür və beynəlxalq axtarışda olub.

Onların arasında FETÖ terror təşkilatının və PKK-nın üzvləri də aşkar edilib.

Azvision.az



Teqlər: FETÖ  





Xəbər lenti