Ölkəmizdə neçə nəfər peyvənd olunub?

   Ölkəmizdə neçə nəfər peyvənd olunub?
  25 Aprel 2021    Oxunub:3210
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 814 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 nəfər təşkil edir.



Azvision.az


Teqlər: Peyvənd   Vaksin  





Xəbər lenti