TürkPA Baydenin bəyanatına reaksiya verdi

  TürkPA Baydenin bəyanatına reaksiya verdi
  26 Aprel 2021    Oxunub:3282
Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) 1915-ci il hadisələrinin öyrənilməsi ilə əlaqədar Türkiyənin təklifini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu təşkilatın baş katibi Altınbek Mamayusupov deyib. O, ABŞ prezidentinin 1915-ci ildə baş vermiş hadisələrlə bağlı bəyanatından narahat olduğunu bildirib.

Baş katibin sözlərinə görə, tarixi hadisələrin nəql edilməsini siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyada onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır.

Altınbek Mamayusupo 20-ci əsrin tarixi aspektlərinin peşəkar tarixçilər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq ictimaiyyəti, elm xadimlərini Türkiyənin həmin dövrün tarixi hadisələri ilə bağlı arxivlərin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması təklifini dəstəkləməyə çağırıb.

Azvision.az


Teqlər: TürkPA   AltınbekMamayusupov  





Xəbər lenti