“Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq” - Günay Əfəndiyeva

   “Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq” -  Günay Əfəndiyeva
  26 Aprel 2021    Oxunub:2692
ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də həqiqətləri əks etdirməyən açıqlamanın verilməsi təəccüb doğurur və qərəzli mövqe sərgiləyir. Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir.
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib.

Onun sözlərinə görə, 106 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmadan qiymətləndirilməsi düzgün deyil. Halbuki, Türkiyənin bu məsələ ilə bağlı Ortaq Tarixi Komissiyanın yaradılması ilə bağlı davamlı təklifləri dəfələrlə rədd edilmişdir. Belə bir konstruktiv təklifə qarşı çıxmaq gərçək olan faktlardan qaçmağın göstəricisidir.

“Türkiyə tarixən daima tolerantlıq nümayiş etdirmişdir. Buna görə də arxivlərin açılması və təhlili mühüm əhəmiyyət kəsb edir. 1915-ci il hadisələrinə verilən qiymət məhz bu sənədlərlə əsaslandırılmalıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sözügedən açıqlamanı ədalətsiz və bölgədə olan əmin-amanlıq çağırışlarına zidd olan siyasi səhv hesab edir.

Tarix sirr saxlamır. Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq və o zaman tarixi saxtalaşdıran hökmlər millətindən asılı olmayaraq gələcək nəsillərdə dərin təəssüf hissi doğuracaq”, - Günay Əfəndiyevanın yaydığı bəyanatda qeyd olub.

Azvision.az


Teqlər: GünayƏfəndiyeva  





Xəbər lenti