İrəvanda ərəb jurnalistə qarşı kobudluq - VİDEO

İrəvanda ərəb jurnalistə qarşı kobudluq -  VİDEO
  26 Aprel 2021    Oxunub:1637
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenidən erməni mediasının hədəfinə tuş gəlib.
Azvision.az xəbər verir ki, Akopyan qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərkən mühafizəçilər əcnəbi jurnalistə qarşı kobud davranıblar. Canlı yayıma çıxan ərəb jurnalistin Anna Akopyan keçən yola yaxın dayanması mühafizəçilərin diqqətini çəkib.

“Artıq Ermənistanda canlı yayıma çıxan jurnalistlər məkan seçərkən diqqətli olmalıdırlar ki, ölkə rəhbərliyinin ailəsindən kimsə arxa fonda görünməsin. Əks təqdirdə, kobudluqla üzləşib ərazidən uzaqlaşdırılacaqsınız. Nəzərə alsaq ki, “soyqırımı kompleksi”ndən reportaj hazırlayan əcnəbi - ərəb jurnalist idi, Akopyanın mühafizəçiləri ona daha həssas yanaşmalı idilər. Bir zamanlar diktatorluğa lağ edən Paşinyan indi özü buna doğru gedir”,- deyə məqalədə qeyd edilib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Akopyan  





Xəbər lenti