“Hərbi əməkdaşlıq əsas istiqamətlərdən biridir” - Pakistandakı səfirimiz

“Hərbi əməkdaşlıq əsas istiqamətlərdən biridir” -  Pakistandakı səfirimiz
  26 Aprel 2021    Oxunub:2169
Koronavirus pandemiyası zəiflədikdən sonra Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar başlayacaq. Bu, hər iki ölkənin iqtisadi və ticarət fəaliyyətinə müsbət təsir göstərəcək.

Azvision.az xəbər verir ki, bunu Pakistan mətbuatına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə deyib.
Diplomat bildirib ki, Azərbaycan hər zaman regional əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsində maraqlı olub.

"Hazırda iki ölkənin birbaşa hava əlaqəsi yoxdur. Hava əlaqəsi Türk Hava Yolları vasitəsi - İstanbuldan Lahora, Bakıdan İslamabada keçərək reallaşır. 2019-cu ildə 40 mindən çox Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib. COVID-19 pandemiyası zəiflədikdən və beynəlxalq səyahət məhdudiyyətləri götürüldükdən sonra bu rəqəmin artmağa davam etməsi ehtimalı var".

Səfir, müdafiə və hərbi əməkdaşlığın iki qardaş ölkənin münasibətlərinin əsas və aparıcı istiqamətlərindən biri olduğunu söyləyib. Ə.Əlizadə deyib ki, indi səylər hər iki ölkənin iqtisadiyyatı üçün çox faydalı nəticələr verəcək ticarət əlaqələrinin inkişafına yönəlib.

O, Azərbaycanın azad edilmiş ərazilərində vəziyyətin sabit olduğunu və vəziyyətin ölkə rəhbərliyinin, Silahlı Qüvvələrin nəzarəti altında olduğunu bildirib: “Ermənistanın 30 illik işğalı dövründə yalnız Azərbaycan xalqına qarşı deyil, həm də işğal olunmuş əraziləri ekoloji, mədəni terrora məruz qoyublar".

Diplomat bildirib ki, Azərbaycan Qarabağdakı yenidənqurma və bərpa prosesində Pakistan şirkətlərini görməkdən məmnun qalacağıq. Prioritet dost və qardaş ölkələrin şirkətlərinə veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Səfir  





Xəbər lenti