Əfqanıstanda binaya raket atılıb, yaralılar var

Əfqanıstanda binaya raket atılıb,  yaralılar var
  26 Aprel 2021    Oxunub:1527
Əfqanıstanın şərqindəki Kunar əyaləti administrasiyasının binasına raket zərbəsi endirilməsi nəticəsində ən azı beş nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə əyalət şurasının sədri Valayet Xan Maşvani bildirib.

Onun sözlərinə görə, raket həmin anda Quran oxumaq yarışmasının keçirildiyi salona düşüb. Raketin haradan buraxıldığı hələ məlum deyil. Kunar qubernatoru İqbal Səid də hücum faktını təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti