“Ermənistan qəsdən abidələrimizi vandalizmə məruz qoyub” - Prezident

“Ermənistan qəsdən abidələrimizi vandalizmə məruz qoyub” -  Prezident
  26 Aprel 2021    Oxunub:3231
“44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunub. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilib. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb. Münaqişə tarixdə qalıb”.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, işğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib:

“Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılıb. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilib.

Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunub, dörd dəfə Lüksemburqdan böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti