İlham Əliyev tərəfdaş ölkələrə çağırış etdi

  İlham Əliyev tərəfdaş ölkələrə çağırış etdi
  26 Aprel 2021    Oxunub:2832
“1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməyib”.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında deyib.

“Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib”, - deyə Prezident bildirib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti