İtaliyadakı səfirimiz erməni yalanlarını ifşa etdi

   İtaliyadakı səfirimiz erməni yalanlarını ifşa etdi
  26 Aprel 2021    Oxunub:2373
İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin erməni tərəfinin Azərbaycana qarşı apardığı təxribatçı kampaniyaya, guya ki Azərbaycanda erməni müharibə əsirlərinin saxlanıldığı və onlarla pis rəftar olunduğu, işğaldan azad olunmuş ərazilərimizdə erməni xristian irsinin məhv edildiyi, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı cəfəng iddialarına qarşı çoxsaylı müsahibə və yazıları dərc olunub.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, İtaliyanın “ByoBlu” televiziya kanalının “ByoBlu24” xəbərlər verilişində Ermənistanın İtaliyadakı səfirinin Azərbaycana qarşı yalan iddialarına cavab olaraq səfir Məmməd Əhmədzadə həmin proqramda çıxış edib.

İtaliyanın nüfuzlu “La Verità” və “Avvenire” qəzetlərində erməni mənşəli italyan yazıçısı Antonia Arslanın təşəbbüsü ilə bir qrup erməni və italyan mənşəli şəxslərin Azərbaycana qarşı təxribatçı yazılarına münasibətdə Azərbaycan diplomatının həmin qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar dərc olunub.

“Aci Stampa” mətbuat orqanı tərəfindən münaqişə və hərbi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı erməni tərəfinin iddialarına əsaslanan məqaləyə münasibətdə Azərbaycan diplomatının həmin mətbuat orqanına göndərdiyi məktubu da işıq üzü görüb.

Ermənistanın İtaliyadakı səfirliyinin İtaliyanın “ANSA” xəbərlər agentliyində dərc olunmuş mətbuat açıqlamasına münasibətdə səfir Məmməd Əhmədzadənin həmin xəbərlər agentliyinin redaksiyasına göndərdiyi məktubu da dərc olunub. Bununla yanaşı, Azərbaycan diplomatının “ANSA” tərəfindən dərc olunmuş məktubu İtaliyanın “La Gazzetta del Mezzogiorno”, “Notizie Tiscali”, “Espansione Tv”, “MSN Notizie” və digər mətbuat orqanları tərəfindən də yayılıb.

Habelə Azərbaycan diplomatının İtaliyanın nüfuzlu “İl Foglio” qəzetində ermənipərəst jurnalistin ölkəmizə qarşı məqaləsinə münasibətdə həmin qəzetin redaksiyasına ünvanlandığı məktubu da işıq üzü görüb.

Müsahibə və yazılarında Azərbaycan diplomatı Ermənistanın Azərbaycana qarşı 30 il müddətində həyata keçirdiyi hərbi təcavüz, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti, istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətləri və soyqırımı, işğal vaxtı həmin ərazilərdəki yaşayış məntəqələrimizi, Azərbaycanın tarixi, mədəni, dini irsini darmadağın etdiyi barədə danışıb.

M.Əhmədzadə erməni tərəfinin hazırda Azərbaycana qarşı irəli sürdüyü erməni müharibə əsirləri və bölgədəki erməni xristian irsinin dağıdılması ilə bağlı yalan iddialarına, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı qarayaxma kampaniyasına tutarlı arqumentlərlə cavab verib. Diplomat, habelə ölkəmizin bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib, erməni tərəfinin Azərbaycana qarşı revanşist və nifrət dolu fikirlər irəli sürməsi, üçtərəfli bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazisinə hərbçilər göndərməsi, minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina etməsi və bunun azərbaycanlı mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olması və bütün bunların da bölgədə sülhün təmin olunmasına ciddi təhdid olması barədə danışıb.

Azərbaycan diplomatının müvafiq müsahibə və yazıları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.byoblu.com/2021/04/09/tg-byoblu24-09-aprile-2021-edizione-19-00/?fbclid=IwAR0-3PFIKChBr1sMbIFeBrZSU-Nb2vXonJssdilbeXeSaX7IDGXjJy43IA0

https://www.youtube.com/watch?v=dMtBAzPHUwU

https://www.acistampa.com/story/diplomazia-pontificia-verso-lurbi-et-orbi-di-pasqua-16712

https://www.avvenire.it/opinioni/pagine/baku-conferma-i-detenuti-armeni-e-non-aderisce-a-gesti-umanitari

https://www.laverita.info/lazerbaigian-ha-restituito-tutti-i-prigionieri-di-guerra-allarmenia-2651253892.html

https://www.ansa.it/sito/notizie/mondo/europa/2021/04/16/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni_a63f4b9f-a96f-4f93-99b0-5db0a371bbff.html

https://www.lagazzettadelmezzogiorno.it/news/mondo/1294031/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni.html

https://notizie.tiscali.it/esteri/articoli/azerbaigian-rilasciati-tutti-prigionieri-guerra-armeni/


https://www.espansionetv.it/2021/04/16/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni/

https://www.lanuovasardegna.it/italia-mondo/2021/04/16/news/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni-1.40159641

https://www.msn.com/it-it/notizie/mondo/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni/ar-BB1fJ4Bf


https://www.ilfoglio.it/lettere/2021/04/23/news/la-prudenza-da-insegnare-al-weidmann-de-la-madunina--2280179/

Azvision.az


Teqlər: İtaliya   Səfirlik   Erməni   İfşa  





Xəbər lenti