Naxçıvanda Daxili Qoşunların təlimi keçirildi - VİDEO

Naxçıvanda Daxili Qoşunların təlimi keçirildi -    VİDEO
  26 Aprel 2021    Oxunub:3022
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Azvision.az xəbər verir ki, minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.



Azvision.az


Teqlər: Naxçıvan   Daxili-Qoşunlar   Təlim  





Xəbər lenti