“Baydenin bəyanatının Ermənistana faydası olmayacaq” - Mustafa Şentop

“Baydenin bəyanatının Ermənistana faydası olmayacaq” -  Mustafa Şentop
  26 Aprel 2021    Oxunub:3236
ABŞ Prezidenti Co Baydenin 1915-c il hadisələrinə dair bəyanatının Ermənistana da faydası olmayacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. Spiker bildirib ki, Baydenin 1915-ci il hadisələri ilə bağlı heç bir hüquqi və elmi əsası olmayan bəyanatının Türkiyə üçün əhəmiyyəti yoxdur.

Bunu siyasi qərar adlandıran Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ 2005-ci ildə Baş nazir olarkən erməni tərəfinə müstəqil birgə komissiyanın yaradılması barədə təklif verdiyini xatırladıb. O əlavə edib ki, Ermənistan Türkiyənin təklifinə müsbət cavab verməyib.

“Baydenin bəyanatının regionda və dünyada sülhə, xüsusilə də Ermənistana heç bir faydası olmayacağı məlumdur. Yalnız Türkiyə ilə ABŞ arasındakı münasibətlər bundan ciddi ziyan görəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞentop   Türkiyə  





Xəbər lenti