Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

 Azərbaycanda koronavirusa yoluxma sayı azaldı
  26 Aprel 2021    Oxunub:3704
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 313 min 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 280 min 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti