“Əgər “soyqırım” deyirsinizsə, güzgüyə baxın” - Ərdoğandan Baydenə cavab

  26 Aprel 2021    Oxunub : 2506
 “Əgər “soyqırım” deyirsinizsə, güzgüyə baxın” -  Ərdoğandan Baydenə cavab
“ABŞ Prezidenti Co Bayden 24 apreldə coğrafiyamızda bir əsr əvvəl yaşanmış hadisələrlə əlaqədar əsassız, haqsız ifadələrdən istifadə edib".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

Ərdoğanın sözlərinə görə, Baydenin səsləndirdiyi fikirlərin heç bir tarixi və hüquqi əsası yoxdur.

"Bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incitdi", -deyən Prezident hesab edir ki, Bayden radikal erməni dairələrinin təzyiqi ilə belə ifadəyə yol verib.

Ərdoğan, həmçinin qeyd edib ki, həqiqətlərin ortaya çıxarılması siyasətçilərə yox, tarixçilərə həvalə edilməlidir. Bundan əlavə, Türkiyə lideri çıxışında ermənilərin Dağlıq Qarabağda törətdikləri cinayətlərdən söz açıb.

"Minsk Qrupu yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşımız öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ dağıdıldı. Əgər "soyqırım" deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz", - deyə Ərdoğan vurğulayıb.

Azvision.az

Teqlər: Ərdoğan   Bayden