Mehriban Əliyeva Cəbrayıldan paylaşım etdi - VİDEO+FOTO

 Mehriban Əliyeva Cəbrayıldan paylaşım etdi -    VİDEO+FOTO
  27 Aprel 2021    Oxunub:4902
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Azvision.az -ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram hesabında səfərlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"





Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Prezident   Cəbrayıl  





Xəbər lenti