İlham Əliyev: “Zəngilanı cənnətə çevirəcəyik” - VİDEO

      İlham Əliyev:    “Zəngilanı cənnətə çevirəcəyik” -    VİDEO
  27 Aprel 2021    Oxunub:2950
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı Zəngilan rayonunda olarkən deyib:

“Zəngilan rayonunu cənnətə çevirəcəyik. Hər tərəf yaşıl, gözəl təbiət. Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən bu təbiətə toxunulmasın. Çox ciddi nəzarət olunmalıdır ki, bizim təbiətə ziyan vurulmasın. Baxmayaraq ki, ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Amma biz bütün meşələri bərpa edəcəyik”.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Zəngilan  





Xəbər lenti